Ölkəyə qanunsuz yolla gətirilən telefonlar müsadirə olundu

  • By admin
  • 21 Sentyabr 2017 13:59

1-2

Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, idarənin “Sınıq Körpü” gömrük postunda keçirilən baxış zamanı, həmin nəqliyyat vasitəsinin salonunda, torpedanın içərisində 6 ədəd “Samsung J3-6” markalı mobil telefon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info