Fransa prezidenti Fransua Olland Rusiya prezidenti Vladimir Putinin oktyabrın 19-da Parisə səfəri zamanı görüşmək istəmədiyini dilə gətirib.
Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, Olland TF1 telekanalına müsahibəsində Rusiyanın Suriyada avizərbələr endirməsini kəskin pisləyib. O eyni zamanda jurnalistlərin oktyabrən 19-da Putinin Parisə səfəri zamanı görüşü ilə bağlı sualınıa cavab olaraq bildirib ki, hələ bu məsələ barədə qərar verməmişəm: “Öz-özlüyümdə özümə sual verirəm. Görsən bu görüş olarsa xeyri olacaqmı? Lazımdırmı, ya yox?”.
Bununla belə Olland əlavə edib ki, bu gün Hələb hərbi cinayətlərin qurbanına çevrilib: “Kim ki, orada cinayət törədir, onlar məsuliyyətə cəlb olunacaq, xüsusən də Beynəlxlaq hərbi məhkəməsinə”.
Moskva isə yayılan məlumatları təkzib edir. Məsələyə mövqeyini açıqlayan Putinin mətbuat katibi Dmitriy Peskov deyib ki, biz belə bir məlumata malik deyilik: “Putinin Parisə səfərinə hazırlıq gedir və Yelisey sarayında görüşlər nəzərdə tutulur”. Peskov onu da əlavə edib ki, Putin Fransada Rus mədəniyyət mərkəzinin açılışında iştirak edəcək.
Gununses.info