Olland Putnilə görüşməkdən qaçır - Moskva isə təkzib edir

  • By admin
  • 10 Oktyabr 2016 11:50
putin
Fransa prezidenti Fransua Olland  Rusiya prezidenti Vladimir Putinin oktyabrın 19-da Parisə səfəri zamanı görüşmək istəmədiyini dilə gətirib.
Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, Olland TF1 telekanalına müsahibəsində Rusiyanın Suriyada  avizərbələr endirməsini kəskin pisləyib. O eyni zamanda jurnalistlərin oktyabrən 19-da Putinin Parisə səfəri zamanı görüşü ilə bağlı sualınıa cavab olaraq bildirib ki,  hələ bu məsələ barədə qərar verməmişəm: “Öz-özlüyümdə özümə sual verirəm. Görsən bu görüş olarsa  xeyri olacaqmı? Lazımdırmı, ya yox?”.
Bununla belə Olland əlavə edib ki, bu gün Hələb  hərbi cinayətlərin qurbanına çevrilib: “Kim ki, orada  cinayət törədir, onlar  məsuliyyətə cəlb olunacaq, xüsusən də Beynəlxlaq   hərbi məhkəməsinə”.
Moskva isə yayılan məlumatları təkzib edir. Məsələyə mövqeyini açıqlayan Putinin mətbuat  katibi Dmitriy Peskov deyib ki, biz belə bir  məlumata malik deyilik: “Putinin Parisə səfərinə hazırlıq gedir və Yelisey sarayında görüşlər nəzərdə tutulur”. Peskov onu da əlavə edib ki,  Putin Fransada  Rus mədəniyyət mərkəzinin açılışında iştirak edəcək.
Gununses.info