Ölmək üçün tibbi yardım göstərilməsi qanuniləşib

  • By admin
  • 18 İyun 2016 10:30

kanada

 

Kanada da uzun müzakirələrdən sonra Kanada Senatı iyunun 17-də ölmək üçün tibbi yardım göstərilməsi barədə qanun qəbul edib. Gununsesi.info Qərb mətbuatına istinadən bildirir ki, Kanada dünyada nadir ölkələrdən olacaq ki, burada həkimlər xəstələrə ölmək üçün qanuni şəkildə kömək göstərəcəklər. Beləliklə, bu ölkə yaşlı insanlara əzablardan qurtulmaq üçün imkan yaradır. Senatorların 44 nəfəri ölümə tibbi yardım göstərmək barədə qanun layihəsinin lehinə, 28 nəfər isə əleyhinə səs verib. Hökumət bu qanunun yalnız yaşlı insanlara aid edilməsini istəsə də, Senat bunun, həmçinin dözülməz xəstəlikdən əziyyət çəkən və yaşama ümidi olmayan şəxslərə də şamil olunmasına səs verib.

Gülnaz Qənbərli