
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarından Vətənə qayıdan Azərbaycan millisinin üzvləri avqustun 23-də mərhum Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Gununsesi.info xəbər verir ki, idmançılarımız maşın karvanı ilə hava limanından birbaşa Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, H. Əliyevin xatirəsini anıb, abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Qeyd edək ki, “Rio-2016” Olimpiya Oyunlarında Azərbaycan atletləri 18 medal qazanıblar. Azərbaycanın Olimpiya millisi medal sayı baxımından dünyada 207 ölkə arasında 15-ci, medalın keyfiyyəti baxımından isə 39-cu yerdə qərarlaşıb. Bu nailiyyətlə ölkəmiz Avropa dövlətləri arasında yeddinci, İslam dövlətləri arasında birinci, postsovet məkanında isə ikinci olub.
Gununsesi.info