
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, “Bioguark” şirkəti ölmüş insanların beyinlərinin dirildilməsi üzrə təcrübələrə başlayacağını açıqlayıb.
Şirkət bu il maraqlı layihənin sınaqlarını həyata keçirməyi planlaşdırır. Sınaqlar üçün dünyasını dəyişmiş 20 insan bədənindən istifadə edilməsi nəzərdə tutulub. Əvvəlcə onlar cəsədlərin gövdəsindən inyeksiyalar alıb, daha sonra xüsusi hazırlanmış zülal qarışığını onurğa beyinə yeridəcəklər. Bu maddə beyində yeni neyronların oyanmasını təmin edəcək. 15 gün ərzində müşahidə aparan həkimlər lazer terapiyası ilə neyronlar arasında əlaqə yaratmağa çalışacaq. Daha sonra tədqiqatçılar insan beynində baş verən ən xırda dəyişikləri belə qeyd edəcəklər. Lakin ölmüş beynin funksiyalarının bərpa olunmasına dair heç bir ehtimal yoxdur.
Gununsesi.info













