Ölüm ayağında olan günahsız insanı həbsdə saxlamaq kimə lazımdır?

  • By admin
  • 13 Dekabr 2016 21:24

qezenfer1

Paytaxtın Binəqədi rayonunda 16 nəfərin ölümü ilə nəticələnən bina yanğını ilə bağlı məhkəmə davam edir. Məhkəmə prosesinin bir neçəsində iştirak etmək kifayyətdir ki, orada mühakimə olunan şəxslərin hansının günahkar, hansının günahsız olub-olmamasını müəyyən edəsən. Bu işlə bağlı məhkəmə qarşısına çıxarılanlar arasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov da var.  Sabiq müavinə  Cinayət Məcəlləsinin yanğın təhlükəsizliyi qaydalarını pozma ittihamı verilib. Hüquqşünas olmayan istənilən şəxs bu ittihama sadəcə gülər. Vəzifə səlahiyyətinə heç bir aidiyyatı olmadığı halda Qəzənfər Novruzova belə bir gülünc ittiham verilir. Bir anlıq təsəvvür edin ki, icra başçılarının müavinləri iş -güclərini bir kənara atıb, gedib, hansısa yaşayış binasında komendant vəzifəsini icra edir. Hərçənd ki, bina yanan zaman Qəzənfər Novruzov artıq çalışmırdı və səhhətindəki kəskin xəstəliyə görə, Almaniyada müalicədə idi.

Olaydan sonra telefon zəngi çağrışı ilə Bakıya dönür və hava limanında həbs edilir. Qaraciyərinin 70 faizi artıq öz fəaliyyətini itirmiş bu şəxs ölümlə mübarizə apardığı bir məqamda həbsxana divarları arasına salınıb.

Baxmayaraq ki, Azərbaycan qanunvericiliyi təqsirləndirilən şəxslə bağlı alternativ qətimkan tədbirlərini mümkün sayır. Ölkəmiz Avropa Şurasının üzvü olduqdan sonra İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi haqqında  Konvensiyanı ratifkasiya edib. Ali Məhkəmə Plenumu Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüquququn məcburiliyinin Azərbaycan dövləti tərəfindən tanınmasına dair qərar qəbul edib. Bütün bunlara baxmayaraq, Konvensiyanın 5-ci maddəsinin pozuntusu ənənə halını alıb və bu, məhkəmə-hüquq sistemi üçün biabırçı haldır. Bir haldakı Avropdan könüllü olaraq, Azərbaycana gəlirsə, o zaman onun barəsində həbs-qətimkan tədbiri seçmək nəyə lazımdır?

Məlum olayla bağlı isə istər istintaq, istərsə də məhkəmə araşdırmasında Qəzənfər Novruzovun məsuliyyətini müəyyən edəcək hər hansı hal ortaya çıxmayıb. Hər bir prosesə ağır vəziyyətdə qatılan bu şəxsi həbsdə  saxlamaq nə ədalətə, nə də məntiqə sığır.  Bu gün onu həbs edən və azadlığa çıxmasına mane olanlar, heç olması onun Azərbaycan hakimiyyəti qarşısındakı xidmətlərini nəzərə alsınlar. Bəli, Qəzənfər Novruzov o şəxsdir ki, 20 il YAP hakimiyyətinə xidmət edib. Çalışdığı rayonlarda seçkilər məsələsi hər zaman onun kurasiyasında olub.

Bəlkə də ona seçki və referendumun nəticələrinə müdaxilə kimi ittihamlar irəli sürülsəydi, o susardı və taleyi ilə barışardı.

Çünki…

Gununsesi.info