
Nazim Bəydəmirlinin azadlıqdan məhrum olmasının 114-cü günüdür. Açığı, heç vaxt görüşə getməyimizi istəməyib, oğlumun təkidi ilə açıq görüşə getdik. Bir insan olaraq həyatım boyu xoş arzuları, acı hissləri, xəstəliyi hətta ölümü belə xəyalımdan keçirmişəm. Ancaq Nazimlə nə vaxtsa həbsxanada görüşəcəyim ehtimalını heç vaxt xəyalımın ucundan belə keçirməmişdim.
Nəhayət ki, görüşdük. Xarici görkəmindən başqa heç nə dəyişməyib. Əhval- ruhiyyəsi yaxşı idi. Üzündəki təbəssümündən, nikbinliyindən heç nə əksilməmişdi”.
Burada təcridxana rəhbərliyindən tutmuş kamera yoldaşlarıma qədər hərkəs mənimlə, hörmətlə davranır. Hətta mənə, xüsusi kamera belə təklif ediblər.
“Mən razılaşmadım, burada heç kimdən özümü üstün tutmuram. Qidalanmam, sağlığım yerindədir. Tək dərdim sizin üçün darıxmağımdır. Məni şərləyib həps edənlər anlamalıdırlar ki, məni azadlıqdan məhrum etmək onlara baş ucalığı gətirməyəcək”.
Görüşümüzü özü yekunlaşdırdı, məni gətirən əsgərlər qapıda ayaqda gözlədiyindən onları çox gözlətmək yaxşı olmaz deyib, sağollaşıb tezliklə görüşmək ümidi ilə ayrıldıq.
Fəridə Bəydəmirli
Gununsesi.info