Çeçenistan lideri Ramzan Kadırov Moskvada Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov ilə görüşüb.
Gununsesi.info xəbər verir ki, bu barədə o, özünün “Telegram” kanalında paylaşım edib.
Kadırov sözügedən paylaşımında bunları qeyd edib: “Moskvaya işgüzar səfərim çərçivəsində biz Fövqəladə Hallar Nazirliyinin regional rəhbərliyi ilə bağlı bir sıra aktual məsələləri müzakirə etdik. Görüş zamanı Aleksandr Kurenkov Çeçenistan Respublikasının ərazilərinin minalardan təmizlənməsi istiqamətində görülən tədbirlərdən danışıb. Onlar sentyabrın 19-dan etibarən Şalinski rayonunda müvafiq işlər aparıblar. Minatəmizləmə işləri bu ilin sntyabr-oktayabr aylarında aparılacaq. Ümumilikdə 122 hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır”.
Xatırladaq ki, bir müddət öncə beynəlxalq KİV-lərdə Kadırovun səhhətində ciddi problemlərin olduğu, onun koma vəziyyətinə düşdüyü, hətta ölməsi ilə bağlı xəbərlər yayılmışdı. /AzPolitika.info/
Gununsesi.info