Bir neçə gün əvvəl yerli mətbuatda Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Əsgərovun ölümü ilə bağlı xəbər yayılıb.
Gununsesi.info Unikal.org-a istinadən xəbər verir ki, V.Əsgərov dünyasını dəyişməyib. O, hazırda Naxçıvan qarışıq rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkir.
Qeyd edək ki, o, 2016-cı ildə Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.
Gununsesi.info