Ölüm xəbəri yayılan Xameneyi üzə çıxdı -FOTO

İranın ali dini rəhbəri Əli Xameneyi ölüm xəbəri yayılandan sonra bu gün ölkənin Silahlı Qüvvələrinin universitetlərinin buraxılış mərasiminə qatılıb.

Gunusnesi.info  “Tasnimnews”-a istinadən verir ki, Xameneyi sözügedən mərasimdə çxıış edib.

Ölkədə baş alıb gedən ümumxalq etirazlarını xarici amillərlə əlaqələndirən Xamenei bildirib ki, xalq arasında xaos yaratmaq və əmin-amanlığı pozmaq öncədən planlaşdırılıb:

“Son bir neçə gündə baş verən hadisələrdə ən çox ölkənin hüquq-mühafizə orqanlarına haqsızlıq edildi, “Bəsic” qüvvələrinə, İran millətinə zülm edildi”.

İranın ali lideri Məhsa Əmininin də danışıb:

“Gənc qızın ölümü acı bir hadisə idi və ürəyimizi parçaladı. Amma heç bir araşdırma aparmadan, məsələ dəqiqləşdirilmədən bu hadisəyə reaksiya bundan ibarət deyildi ki, kimlərsə gəlib küçəni təhlükəli vəziyyətə salsınlar, əhali üçün təhlükə yaratsınlar, təhlükəsizliyi pozsunlar, Quranı yandırsınlar, qadının başından hicabını çıxarsınlar, məscid və dini mərkəzləri yandırılsın, banka od vurulsun, insanların avtomobilləri yandırılsın. İndi təəssüf doğuran bir hadisəyə belə bir reaksiya bu kimi hərəkətlərin edilməsinə əsas vermir. Bu hərəkətlər normal deyildi, təbii deyildi. Bu qarışıqlıq, iğtişaş əvvəlcədən planlaşdırılmışdı”. (publika.az)

Gununsesi.info