Ölümcül selfi: 21 yaşlı model qayalıqdan yıxıldı

  • By admin
  • 14 Yanvar 2020 15:57

21 yaşlı model Madlen Devis selfi çəkərkən ölüb.

Gununsesi.org “The Sun”a istinadən xəbər verir ki , gənc model bir neçə ay bundan öncə yeni həyata başlamaq üçün Avstraliyaya köçüb.

Devis Sidney yaxınlığında təşkil olunan şənlikdə yoldaşları ilə əylənib. Səhər onlar günəşin çıxmasını izləmək fikrinə düşüb və qayalıqların olduğu əraziyə yollanıblar.

Gözəl mənzərədə selfi çəkmək istəyən model tarazlığını itirərək 30 metr yüksəklikdən yıxılaraq ölüb.

Xatırladaq ki, “Instagram”da kifayət qədər izləyicisi olan model səyahət və gözəllik sirləri ilə bağlı paylaşımlar edib.

Gununsesi.org