Ölümlərindən 1 saat əvvəl “‘Gününsəsi”nə danışmışdılar

  • By admin
  • 29 Sentyabr 2020 15:26

Ermənistan silahlı qüvvələrinin Tərtər istiqamətində mülki əhalimizə qarşı ağır artilleriya silahlardan hücumu davam edir.

Dünən Tərtər rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbəyə atılan top iki mülki vətəndaşımızın canını alıb.

Qeyd edək ki, həlak olan Elşad və Xalid adlı hər iki şəxs qardaşdır.

Əməkdaşımızın rayon sakinləri ilə söhbətinə qatılan qardaşlar ölümlərindən bir saat əvvəl Gununsesi.info-ya rayondakı vəziyyət haqqında açıqlama vermişdilər.

Hətta könüllü cəbhəyə yazıldıqlarını da deyən qardaşlar ağıllarına belə gətirməzdilər ki, bu sözlərindən 1 saat sonra xain gülləsinə tuş gələcəklər.

 

Gununsesi.info