Ölümü tezləşdirən 6 vərdiş

  • By admin
  • 15 Noyabr 2016 10:35

olum

Sağlam şəkildə uzun ömürə malik olmaq hər bir insanın arzusudur. Ancaq bəzən elə pis adətlərimiz vardır ki, bizi ölümə tərəf sürükləyir.
Gununsesi.info  bu vərdişlərin altısını təqdim edir:

1. 7 saatdan çox əyləşmək – mütəxəssislər yaşı 45-dən çox olan 230 nəfərin üzərində apardıqları tədqiqatdan belə nəticəyə gəliblər ki, o insanlar ki, gün ərzində 7 saatdan çox əyləşirlər, az fəaliyyət göstərirlər – daha çox ölüm riskində qərar tuturlar. Ən az 6 il ömürlərini azaldırlar.
2. 8 saatdan çox yatmaq – yuxu bədənin fəaliyyətini yaxşılaşdırmaq və əldən verdiyi enerjini bərpa etmək üçün faydalı olduğu kimi, çox yatmaq sağlamlığı təhlükəyə salar. Mütəxəssislər bir neçə il ərzində keçirtdikləri tədqiqatlardan bu qənaətə gəliblər ki, gecəni 8 saatdan çox yatan insanlar beyin insultu riskinə daha çox məruz qalırlar. Bu təhlükə qadınlar üçün daha çoxdur.
3. Hərəkətsiz olmaq – saatlarla televizor qarşısında əyləşmək, gün ərzində yatmaq, kalorini yandırmamaq və hərəkətsiz olmaq ölüm riskini artırar. Bu cür insanlarda xərçəng, parkinson, qaraciyər xəstəlikləri riski daha çoxdur.
4. Alkoqol içmək – 6 adət içərisində alkoqol içmək ölüm riski üçün birinci sırada durur. Alkoqol içmək bir çox xərçəng xəstəliklərinə yol açar.
5. Siqaret çəkmək – 96 kişi üzərində aparılan tədqiqatlardan bu nəticəyə gəlinib ki, siqaret çəkmək ölüm riskinin mühüm amilidir. Tütün bir çox xərçəng xəstəliklərinin yaranmasına şərait yaradır.
6. Yağlı və şirin yeməklər –  Çəkinin artıq olması, həddən artıq köklük tez ölümə səbəb olar. Ona görə də yağlı və şirin qidaların miqdarını tənzimləmək lazımdır . Əgər qidanız yüngül olarsa, daha sağlam həyat tərzi sürə bilərsiniz.

Gununsesi.info