Ölümündən saatlar əvvəl yazdığı məktub 64 min dollara SATILDI - FOTO

Keçmiş “Beatles” üzvü Con Lennonun ölümündən saatlar əvvəl yazdığı məktub hərracda 64 min dollardan çox qiymətə satılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

HTML tutorial

Əvvəllər məktubun 30-50 min dollara satılacağı gözlənilirdi. Lakin hərracın keçirildiyi 17 gün ərzində bu lotu almaq istəyənlərin sayı artdığı üçün qiymət də artıb.

Məktub “Gotta Have Rock and Roll” hərrac evi tərəfindən satılıb. Lot 63,750 dollara başa gəlib. Lennonun məktubunun alıcısı anonim qalmaq istəyib.

Musiqiçi bu məktubu mühasibi Barri Nikolsa yazıb. O, “Beatles” Korporasiyasının illik toplantısında onun adından səs vermək üçün üç qəyyumun adını verib.

Con Lennon 1980-ci ilin dekabrında Mark Çapman tərəfindən öldürülüb. O, səsyazma studiyasından həyat yoldaşı Yoko Ono ilə birlikdə evə qayıdarkən sənətçinin kürəyindən 5 dəfə atəş açıb. Kult musiqiçi qan itkisindən elə həmin gün xəstəxanada dünyasını dəyişib.

Çapman cinayət yerindən qaçmayıb. Polis onu Jerome Salingerin “Çovdarda tutucu” əsərini oxuyarkən yaxalayıb.

Gununsesi.info