Ölümündən sonra ailəsi hərəkətə keçdi: Berluskoninin sevimli qadınlarına bəd xəbər

  • By admin
  • 04 Noyabr 2023 09:52

İyun ayında dünyasını dəyişən İtaliya siyasətinin görkəmli simalarından olan Silvio Berluskoninin ailəsi diqqətçəkən addım atıb.

İtaliyanın keçmiş baş nazirlərindən biri, kobud səhvləri və orgiyaları ilə tanınan Silvio Berluskoni ölümündən sonra gündəmdə qalmaqda davam edir.

Gununsesi.info xəbər verir ki, uzun illər İtaliya siyasətinə rəhbərlik edən və bir müddət gənc qadınlarla təşkil etdiyi “Bunga bunga” partiləri ilə gündəmdə olan Berluskoninin bu məclislərə mütəmadi olaraq qatılan 20 qadına müntəzəm maaş və hədiyyələr göndərdiyi ortaya çıxıb.

Məlum olub ki, Berluskoninin Milanın Olgettina küçəsindəki dəbdəbəli evində təşkil olunan ziyafətlərə qatılan qadınlara hər ay 2500 avro pul verib. 86 yaşında dünyasını dəyişən siyasətçinin ölümündən sonra Berluskoninin övladları hərəkətə keçib. Berluskoni ailəsi bu maliyyə yardımını kəsmək qərarına gəlib. Olgettina küçəsindəki evə getdikləri üçün İtaliya mətbuatında “Olgettinler” ləqəbli qadınlardan Barbara Guerranın Berluskoniyə məxsus evdə yaşadığı və Berluskoninin varislərinin bunun aradan qaldırılması üçün hüquqi proses başlatdığı açıqlanıb.

Berluskoninin “bunga bunga” qalmaqalına görə 20 qadına 11 il müddətində pul verdiyi, bəzilərinə isə ev təklif etdiyi qeyd edilərkən, İtaliya mediası Berluskoninin bu qadınlara “susmaq müavinəti” verdiyini iddia edib. Berluskoninin 10 milyon avrodan çox pul ödədiyi də təxmin edilir.

İtaliyanın “Corriere della Sera” qəzeti bu qadınların karyeralarının “bunga bunga” partiləri səbəbindən bitdiyini iddia edib. 38 yaşlı Alessandra Sorcinellinin Guerra ilə eyni ərazidə malikanədə yaşadığı və bu evin də Berluskoniyə aid olduğu bildirilib. Sorcinellinin Berluskonidən təxminən 237 min avro, avtomobil və bahalı hədiyyələr aldığı açıqlanıb.

“Bunga” partiyaları ilə bağlı qalmaqal başlayanda ən çox gözə çarpan şəxs Kərimə əl-Mahrux olub. və 2010-cu ildə yetkinlik yaşına çatmayan, Berluskoni ilə cinsi əlaqədə olduğu iddia edilən mərakeşli qadın bu iddiaları rədd edib. 30 yaşlı qadın hazırda ailəsi ilə birlikdə Genovada yaşayır.

Gununsesi.info