Ömər aşırımında QƏZA: xəsarət alanlar var

  • By admin
  • 09 Sentyabr 2021 11:16

Göygöl rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info Bakupost.az-a istinadən xəbər verir ki, hadisə Göygöl-Kəlbəcər avtomobil yolunun Ömər aşırımı adlanan hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Niva” markalı minik maşını idarəetmədən çıxıb və dərəyə aşıb.

Qəza zamanı 5 nəfər – 1975-ci il təvəllüdlü Vüqar Şahid oğlu Qasımov, 1983-cü il təvəllüdlü İlkin Rizvan oğlu Məmmədov, 1990-cı il təvəllüdlü Cəsur Surxay oğlu Məmmədov, 1985-ci il təvəllüdlü Faiq Rasif oğlu Səmədov və 1987-ci il təvəllüdlü Ruslan Vidadi oğlu Nağıyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzaya düşənlərin şirkət işçiləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info