Ömər Eldarov vəzifəsindən azad edildi -FOTO

Prezident İlham Əliyev Xalq rəssamı, akademik Ömər Eldarovla bağlı Sərəncam imzalayıb.

Gununsesi.info xəbər verir ki, Sərəncamla Ömər Həsən oğlu Eldarov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Xalq rəssamı Natiq Kamal oğlu Əliyev Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib.

Qeyd edək ki, Ö. Eldarovun 95 yaşı var. O, 2002-ci ildən bu universitetin rektoru idi.

Fotoda Natiq Əliyev

Gununsesi.info