Oman BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) ilə koordinasiyalı şəkildə Hörmüz boğazında gəmilər üçün müvəqqəti rüsumsuz tranzit dəhlizi açıb.
Gununsesi.info xəbər verir ki, bu barədə sultanlığın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu addım ABŞ və İran arasında əldə edilən razılaşmalara uyğun olaraq atılıb. Yeni marşrut vasitəsilə boğazdan keçmək istəyən gəmilər öz hərəkətlərini təşkilat və Oman tərəfi ilə əlaqələndirməlidir.
IMO-nun baş katibi Arsenio Dominges bundan əvvəl təşkilatın İran, Oman və ABŞ ilə sıx əməkdaşlıq çərçivəsində Yaxın Şərqdə ilişib qalmış 11 mindən çox dənizçinin təxliyəsinə başlayacağını açıqlamışdı. O qeyd etmişdi ki, münaqişə nəticəsində 14 dənizçi həlak olub.












