Oman və İran arasında Hörmüz boğazı ilə bağlı aparılan danışıqlarda irəliləyiş əldə edilib.
Gununsesi.info xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Dohada keçirilən mətbuat konfransında ABŞ-İran gərginliyi, Hörmüz boğazı ilə bağlı danışıqlara münasibət bildirib.
Ənsari Qətərin vasitəçi kimi əsas prioritetinin Hörmüz boğazının mümkün qədər tez yenidən açılması olduğunu deyib. O, danışıqlarla bağlı Oman və İrandan müsbət geri dönüş aldıqlarını qeyd edib.
Sözçü Qətərin Hörmüz boğazında təhlükəsizliyin və dəniz naviqasiyası azadlığının təmin edilməsini dəstəklədiyini vurğulayıb.
Ənsari boğazın siyasi təzyiq vasitəsi kimi istifadəsinin qarşısını alan istənilən razılaşmanı dəstəklədiklərini bildirib.
O, eyni zamanda, ABŞ və İran arasında danışıqların davam etdiyini açıqlayıb.












