“Hörmüz boğazı qısamüddətli açılacaq, orta müddət üçün isə vəziyyət sabitləşməlidir”.
Gununsesi.info xəbər verir ki, bunu Omanın energetika naziri Səlim əl-Əufi deyib.
“Oman Sultanlığının hələ də neft-qaz hasilatını davam etdirə bilməsindən və neft və mayeləşdirilmiş təbii qazın qiymətlərinin kəskin artımının hamı üçün davamlı olmamasından məmnunam”, – nazir bildirib.
Əl-Əufi qeyd edib ki, ixrac üçün çıxış nöqtələrinin şaxələndirilməsinə və alternativ ixrac imkanlarının müəyyənləşdirilməsinə təcili ehtiyac var.











