
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşlarının həmin qurumların səlahiyyətli nümayəndələri ilə birgə hərbi hissələrə başçəkmələri müntəzəm qaydada davam etdirilir.
Gununsesi.info-ya Ombudsmanın mətbuat xidmətindən verilən məlumata görə, Ombudsman Aparatının əməkdaşları Fəzail Həsənov və Vüqar Heydərov, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının səlahiyyətli nümayəndəsi kapitan Elşad İbrahimovla birgəbu qoşunlarınQubarayonunda yerləşən “N” saylı hərbi hissəsinə başçəkmə həyata keçirərək, şəxsi heyətin məişət şəraiti ilə tanış olub, hüquqi maarifləndirmə işi aparıblar.
Aparatın əməkdaşları tərəfindən hərbi hissənin bütün obyektlərinə, o cümlədən əsgər yataqxanasına, yeməkxanaya, mətbəxə, tibb məntəqəsinə, görüş yerinə, məişət otaqlarına, habelə ümumi əraziyə baxış keçirilmiş, hərbi qulluqçuların məişət şəraiti öyrənilib.
Hərbi qulluqçuların hüquqlarının təmin olunması vəziyyəti, rəftar, qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, həmçinin şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan iş müsbət qiymətləndirilib.
Ombudsman Aparatının əməkdaşları hərbi hissənin müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, o cümlədən gizir və zabit heyəti ilə keçirilən görüşdə respublikamızdaOmbudsman təsisatının yaranma tarixi, səlahiyyətləri, insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqlarının müdafiəsi istiqamətində Müvəkkilin çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat veriblər.
Görüşlər zamanı hərbi qulluqçular arasında nizamnamələrə uyğun rəftarın qurulmasının vacibliyi, həmçinin erməni təcavüzkarlarının doğma torpaqlarımızdan çıxarılmasına, vətənimizin ərazi bütövlüyünün bərpa edilməsinə hərbi qulluqçularımızın hazır olmalarının, eyni zamanda aprel qələbəsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Aparatın əməkdaşları tərəfindən tədbir iştirakçılarının sualları cavablandırılıb.
Belə tədbirlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanıb.
Gülnaz Qənbərli
Gununsesi.info