Ombudsman hərbçilərimizin yaralanması ilə bağlı çağırış edib

  • By admin
  • 24 Sentyabr 2022 18:18

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunun İstisu və Zəylik yaşayış məntəqələri istiqamətlərində atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun üç hərbi qulluqçusunun yaralanması ilə bağlı çağırış edib.

Gununsesi.info xəbər verir ki, S.Əliyeva açıqlamasında Ermənistan tərəfinin sülh danışıqlarına xələl gətirdiyini və insanların həyatına qəsd etməkdə davam etdiyini deyib.

“Ermənistanı beynəlxalq hüquqa və insan hüquqlarına qarşı hörmətsizliyə son qoymağa, sülh quruculuğuna yönəlik yanaşmalar nümayiş etdirməyə çağırırıq”, – Ombudsman bildirib.

Gununsesi.info