Ombudsman inzibati həbs olunanlara baş çəkib

  • By admin
  • 23 Sentyabr 2016 17:55

ombusman

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Daxili İşlər Nazirliyinin (DİN) s Olunanların Saxlanılma Məntəqəsinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə keçiriblər.

Gununsesi.info Ombudsman Aparatının rəsmi saytına istinadən verdiyi məlumata görə, başçəkmə çərçivəsində saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, onların saxlanma şəraitinə aid olan sənədlər, habelə rəftar məsələləri araşdırılıb, kameralara baxış keçirilib, qidalanma, tibbi yardım, gəzinti, görüş, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə yoxlanılıb.
Müəssisədə saxlanılan, inzibati qaydada həbs olunmuş şəxslər MPQ üzvləri tərəfindən fərdi qaydada qəbul edilib, müraciətləri cavablandırılıb, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər verilib.
Yekunda adıçəkilən müəssisənin rəhbərliyinə milli qanunvericiliyə və beynəlxalq standartlara, İnzibati Həbs Olunanların Saxlanılma Məntəqələrinin Daxili intizam Qaydalarına uyğun şəkildə müəyyən edilmiş nöqsanların aradan qaldırılması, saxlama şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı DİN-ə müraciət olunub.

Anar

Gununsesi.info