Ombudsman Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə əməkdaşlıq edir

  • By admin
  • 05 May 2017 15:18

ombudsman

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına uyğun olaraq, Ombudsmanın Cəlilabad Regional Mərkəziişgüzar əməkdaşlığını daim genişləndirir.

Gununsesi.info-ya Ombudsmanın mətbuat xidmətindən verilən məlumata görə, Regional Mərkəz dövlət qurumları, qeyri-hökumət təşkilatları və KİV-lə sıx əməkdaşlıq edir,əhalinin hüquqi maarifləndirilməsi, bütün əhali qruplarının hüquqlarının, o cümlədən uşaq hüquqlarının müdafiəsi, uşaq hüquqlarının pilləli tədrisi və digər mühüm layihələrin həyata keçirilməsində əməkdaşlıq edir.

Artıq özəl sektorun nümayəndələri də həyata keçirilən fəaliyyətdən faydalanmağa, işə götürənlə işçilər arasında əmək münasibətlərinin milli və beynəlxalq qanunvericilik çərçivəsində tənzimlənməsində, eyni zamanda istehlakçıların hüquqlarının pozulmaması üçün üzərlərinə düşən vəzifələrin lazımi səviyyədə yerinə yetirilməsi və bu sahədə maarifləndirmə işində Regional Mərkəzlə əməkdaşlıq edirlər.

Bu günlərdə daha bir Mərkəzlə əməkdaşlığa başlayıb. Cəlilabad Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (Cəlilabad MKS) tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan möhtəşəm “Kitab bayramı” keçirilib. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri-mədəniyyət attaşesi, doktor Əhməd Sami Elaydi və əməkdaşları, şairə-publisist, Bakı Dövlət Universitetinin müəllimi İradə Əlili,Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, bütün yerli dövlət qurumlarının rəhbərləri vərayon ictimaiyyəti iştirak edib.

Tədbirdən sonra Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydiilə işgüzar görüş olub. Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri ölkəmizdə Ombudsman təsisatının insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki çoxşaxəli fəaliyyəti, habelə Regional Mərkəzin fəaliyyət istiqamətləri, Müvəkkilin tapşırığına əsasən həyata keçirdiyi işlər, insan hüquqları sahəsində maarifləndirmə işi, uşaq hüquqları və digər əhəmiyyətli mövzularlabağlı təhsil müəssisələrində keçirilən tədbirlər barədə geniş məlumat verib.

Qonaq fəaliyyətə yüksək qiymət verdiyini, insan hüquqlarının qorunması və maarifləndirmə sahəsində böyük işlər görüldüyünü və eyni zamanda əməkdaşlıqda maraqlı olduğunu bildirərək, Z.İsmayılovu “Misir Ali Təhsil Nazirliyinin Fərqlənmə medalı” ilə təltif edilib.

Gülnaz Qənbərli

Gununsesi.info