Ombudsman: “Müharibədən zərərçəkənlərin hüquqlarının müdafiəsi üçün işlər görülür”

  • By admin
  • 10 Dekabr 2021 10:28

“İnsan hüquqlarının qorunması bir gün deyil, hər gün qeyd edilməlidir”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən tədbirdə deyib.

HTML tutorial

Onun sözlərinə görə, Ombudsman Aparatı tərəfindən hər il uşaqlar və jurnalistlər arasında müsabiqə keçirilir: “Builki müsabiqə postmüharibə dövrü ilə bağlı olub. İşğal dövründə bir milyona yaxın vətəndaşımız məcburi köçkün düşüb. Bununla da onların hüquqları pozulub. Müharibədən zərərçəkənlərin hüquqlarının müdafiəsi üçün işlər görülür”.

S.Əliyevə bildirib ki, indiyədək bir çox soydaşımız minaların qurbanı olub, ağır xəsarətlər alıb.

Gununsesi.info