Ombudsman Saleh Rüstəmovun yanına həkim göndərdi

Azərbaycan Respyblikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva  hazırda Penitensiar Xidmətin müalicə müəssisəsində aclıq aksiyası keçirən Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmovu müayinə etmək üçün xüsusi həkim göndərib.
Bu barədə Gununsesi.info-ya sabiq icra başçısının vəkili Bəhruz Bayramov deyib.

Bəhruz Bayramovun sözlərinə görə, həkim müayinəsi zamanı Saleh Rüstəmovun səhhətinin kəskin pisləşdiyi ortaya çıxıb. Bəhruz Bayramov onu da əlavə edib ki, Ombudsman Səbinə Əliyeva həmin həkim vasitəsilə Saleh Rüstəmovdan aclıq aksiyasını dayandırmağı xahiş edib.

HTML tutorial

Gununsesi.info