Ombudsmana bu şəxslər müraciət edə biləcək

  • By admin
  • 07 Oktyabr 2022 11:56

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinə (ombusdman) insan hüquqlarının pozulması ilə əlaqədar şikayət edilməsinin əhatə dairəsi genişlənir.

Gununsesi.info xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa təklif edilən dəyişikliklərdə nəzərdə tutulub.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, insan hüquqları pozulmuş şəxsin razılığı ilə media subyektləri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri də ombudsmana şikayət verə biləcək.

Həmçinin, insan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.) isə şikayəti vətəndaş cəmiyyəti institutları razılıq almadan da verə biləcəklər.

Gununsesi.info