Ombudsmana büdcədən veriləcək pulun məbləği artırılmadı

  • By admin
  • 02 Dekabr 2016 12:08

elmira

2017-ci ildə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) fəaliyyətinə ayrılacaq vəsaitin həcmi açıqlanıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, gələn il Ombudsmanın fəaliyyətinin maliyyə təminatı üçün dövlət büdcəsindən 1,9 milyon manat vəsait ayrılacaq.

Xatırladaq ki, 2016-cı ildə də Ombudsman Aparatının fəaliyyətinə 1,9 milyon manat ayrılmışdı.

Gununsesi.info