Ombudsmandan hərbçilərimizə qarşı işgəncə hesabatı

  • By admin
  • 18 İyul 2021 10:55

Azərbaycan ombudsmanı Səbinə Əliyeva Ermənistan tərəfindən Azərbaycan hərbi qulluqçularına qarşı törədilən işgəncə faktları haqqında hesabat hazırlayıb.

Bu barədə Gununsesi.info-ya İnsan Hüquqları Üzrə Müvəkkilin ofisindən bildirilib.

HTML tutorial

Hesabat Ermənistan və Azərbaycan arasındakı münaqişə zamanı Ermənistan silahlı qüvvələrinin əsir götürdükləri Azərbaycanlı əsgər və hərbi qulluqçulara qarşı törətmiş olduğu işgəncə, qeyri-insani və alçaldıcı rəftar faktlarını əyani sübutlarla özündə əks etdirir.

Hesabatda əsir götürülmüş hərbi qulluqçulara qarşı törədilən işgəncə, qeyri-insani və alçaldıcı rəftar halları ilə yanaşı, Azərbaycanlı hərbi qulluqçuların meyitləri üzərində edilmiş təhqiramiz və alçaldıcı, vandal hərəkətləri özündə əks etdirən, o cümlədən işgəncə faktlarının gizlədilməsi məqsədilə meyitlərin kütləvi şəkildə dəfn edilməsi və digər bu kimi faktlar qeyd edilib.

Hesabatda Ermənistanın beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozmaqla törətdiyi müharibə, sülh və insanlıq əleyhinə cinayətlərinə görə ədalət mühakiməsi qarşısında cavab verməsi məqsədilə ciddi tədbirlərin görülməsi üçün beynəlxalq təşkilatlara çağırış edilib.

Hesabat beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına, habelə insan hüquqlarının müdafiəsi və təbliği ilə məşğul olan digər beynəlxalq qurumlara göndərilib.

Gununsesi.info