Ombudsmanın əməkdaşları DTX-nin istintaq təcridxanasında olublar

  • By admin
  • 22 Dekabr 2016 12:29

 

dtx

İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri  Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.

Gununsesi.info xcəbər verir ki, başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı saxlanılma şəraiti, qidalanma, ərzaq təminatı araşdırılmış, bu məqsədlə həmin müəssisənin yeməkxanası və  kameralarına baxış keçirilmiş, habelə tibbi yardım, gəzinti, telefon danışığı, hüquqi yardım və digər hüquqlarının təminatı vəziyyəti araşdırılıb.

Rəftar məsələlərinin araşdırılması ilə bağlı saxlanılan şəxslərlə təkbətəkqaydada görüş keçirilib, müraciətləri dinlənilib, hər birininə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.  Ombudsmanın səlahiyyətləri və qanunvericiliyin tələbləri izah olunub.

Qəbul edilmiş şəxslər Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının əməkdaşlarının onlarla rəftarından və müəssisədə saxlanılma şəraitindən şikayət etməmiş, keyfiyyətli qida, gəzinti və tibbi xidmətdən razılıqlarını bildiriblər.

Yekunda müəssisə rəhbərliyinə milli və beynəlxalq qanunvericiliyə uyğun şəkildə müvafiq tövsiyələr verilib.

Gülnaz Qənbərli

Gununsesi.info