Milli Məclis “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanununa dəyişiklik edilib.
Gununsesi.info xəbər verir ki, dəyişikliyə əsasən “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanununun 2-ci maddəsinə yeni hissə əlavə edilir.
Bu hissəyə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalı əlavə olunur.
Həmçinin “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilməsi və İnsan hüquqları üzrə müvəkkil təsisatının 20 illiyi yubiley medalının təsviri” təsdiq edilsin maddələri əlavə olunur.
Gununsesi.info