Ombudsmanın Gəncə Regional Mərkəzi Xocalı soyqırımı ilə bağlı tədbir keçirib

  • By admin
  • 24 Fevral 2017 11:26

gence

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin Gəncə Regional Mərkəzi tərəfindən Goranboy Rayon Gənclər və İdman İdarəsinin akt zalında  Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.“Xocalı soyqırımı insan hüquqları müstəvisində” mövzusunda keçirilmiş tədbirdərayon idarə, müəssisə və təşkilatların nümayəndələri, fəal gənclər iştirak ediblər. 

Bu haqda Gununsesi.info-ya Ombudsmanın mətbuat xidmətindən məlumat verilib. Belə ki,  Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu faciə ilə bağlı təqdimatla çıxış edənOmbudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasovvurğulayıb ki,1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən dəhşətli hadisələrdən biri Xocalıda baş vermiş soyqırımı olub.Öz qurbanlarının məruz qaldığı açıq vəhşilik və qeyri-insani hərəkətlərin, pozulmuş insan hüquqlarının miqyasına görə Xocalı soyqrımı dünya tarixində baş vermiş Xatın, Lidisa, Oradurkimi faciələr ilə eyni səviyyədə durur.

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilən 366-cı motoatıcı hərbi alayının köməyi iləsilahsız və köməksiz Xocalı şəhərinə hücum edib, nəticədə bir gecənin içərisində bu qədim şəhər yerlə yeksan olub, hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyib, qətlə yetirilib, onlara amansız divan tutub, habelə meşələrə, dağlara qaçmağa çalışan əliyalın soydaşlarımızın çoxu soyuqdan, şaxtadan məhv olublar.

Tədbirdə qeyd edilib ki,Xocalıda erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğını ağlasığmaz qəddarlığı və işgəncələri ilə birmənalı olaraq, genosid faktıdırBelə ki, beynəlxalq hüquqa əsasən genosid ən ağır cinayətlərdəndir. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir, BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir və dünya birliyi tərəfindən pislənir. Bu baxımdan Xocalıda baş vermiş soyqırımı zamanı insan hüquqları kobud və kütləvi şəkildə pozulmuş, dünyanın gözü qarşısında insan hüquqlarına zidd kəskin əməllərə yol verilib.

Ombudsman Elmira Süleymanovanın Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bəyanatının dünya ictimaiyyətinə, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, diaspor təşkilatlarımıza göndərildiyi vurğulanmışdır.Eyni zamanda Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və diaspor təşkilatlarımız tərəfindən Xocalı faciəsi ilə bağlı təşkil edilən anım mərasimlərində və konfranslarda,o cümlədən Norveçdə, Danimarkada, İndoneziyada, Malayziyada və başqa xarici dövlətlərdə, habelə ölkəmizdə keçirilən çoxsaylı silsilə tədbirlərdə Ombudsmanın Bəyanatının səsləndirilərək iştirakçılara paylanıldığı diqqətə çatdırılıb.

Goranboy rayonunda keçirilən bu tədbirdə də həmin Bəyanat səsləndirilib. Sonda Xocalı soyqırımının canlı şahidlərinin danışdığı hadisələrin video görüntüləri  nümayiş etdirilib. İştirakçılar faciə ilə bağlı silsilə tədbirlərin təşkilinə görə Ombudsmana minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Müvəkkilin adı çəkilən regional mərkəzinin əməkdaşlarıGəncə şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən həmin şəhərdəki Gənclər EvindəXocalı soyqırımının 25-ci ildönümü ilə bağlı təşkil olunmuş tədbirdə çıxış ediblər.

Gülnaz Qənbərli

Gununsesi.info