Ombudsmanın nümayəndələri 3 saylı İstintaq Təcridxanasına baş çəkib

  • By admin
  • 20 İyun 2017 17:19

1475258406_tecridxana

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin3 saylıİstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Gununsesi.info-ya Ombudsmanın mətbuat xidmətindən verilən məlumata görə, başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın, o cümlədən saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı saxlanılma şəraiti, habelə rəftar məsələləri araşdırılmış, bu məqsədləmüəssisədə saxlanılan bir çox şəxs fərdi qaydada qəbul edilib və dinləniliblər.

Qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, barələrində aparılan istintaqla bağlı hər birinə qaldırdıqları məsələlərə dair qanunvericiliyə uyğun şəkildə hüquqi məsləhətlər verilmiş, bəzi müraciətlər yerində araşdırılıb, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah edilib, Ombudsmana ünvanlanan ərizə və müraciətləri qəbul olunmuş, habelə bəzi müraciətlər yerində təmin edilib.

Yekunda istintaq təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılıb, Müvəkkilin Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına keçirilən əvvəlki başçəkmələr zamanı saxlanılma şəraitinin təkmilləşdirilməsi məqsədilə verilən tövsiyələrin icrası, Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun şəkildə həbs olunan şəxslərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə müvafiq tədbirlərin görüldüyü müşahidə edilib.

Gülnaz Qənbərli

Gununsesi.info