Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçiriləcək

  • By admin
  • 18 İyun 2018 15:22

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Heydər Əliyevin anadan olmasının 95 illiyi, həmçinin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyi ilə bağlı Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı təşkil ediləcək.

Gununsesi.info-nun “Report”a istinadən xəbərinə görə, iyunun 20-21-də keçirilməsi nəzərdə tutulan konfransın mövzusu “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” olacaq.

Tədbirə xarici ölkələrin ombudsmanları, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, UNESCO və digər beynəlxalq təşkilatların ölkəmizdə təmsil olunan nümayəndələri, habelə Azərbaycan Milli Məclisinin deputatları, dövlət qurumları, qeyri-hökumət təşkilatları və media təmsilçiləri qatılacaq.