“Omicron”a yoluxanlar dadbilməni İTİRMİR

  • By admin
  • 24 Yanvar 2022 09:30

Koronavirusun “Omicron” ştamını testsiz müəyyən etməyin üsulu açıqlanıb.

Gununsesi.info xarici KİV-lərə istinadən xəbər verir ki, koronavirusun “Omicron” ştamı ilə yoluxmanın simptomları öskürək, burun tutulması, burun axması və yorğunluqdur.

Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis, ABŞ-ın İmmunlaşdırma Təcrübələri üzrə Məsləhət Komitəsinin üzvü Ketrin Polinq deyib.

Həkimin sözlərinə görə, “Delta” ştammından fərqli olaraq, yoluxma zamanı bir çox xəstə dad və iybilmə hissini itirmir. Ən çox görülən simptom isə boğaz ağrısı olaraq qalır.

Gununsesi.info