“Omicron”la bağlı yeni araşdırma

  • By admin
  • 22 Fevral 2022 18:06

Cənubi Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (KDCA) COVID-19-un “Omicron” variantı ilə bağlı açıqlama yayıb.

 

Gununsesi.info Modern.az-a istinadən xəbər verir ki, mərkəz tərəfindən “Omicron”un “Delta” variantından 75 faiz daha az ağır xəstəliyə və ya ölümə səbəb olduğu bildirilib.

 

KDCA tərəfindən dekabr ayından bəri təxminən 67,200 COVID-19 xəstəsi üzərində araşdırma aparılıb. “Omicron” variantının xəstəliyə səbəb olma və ölüm nisbətinin müvafiq olaraq 0,38 və 0,18 faiz olduğu araşdırmada “Delta” variantının  xəstəliyə səbəb olma və ölüm nisbəti 1,4 və 0,7 faiz təşkil edib.

 

Xatırladaq ki, mərkəz tərəfindən son beş həftədə COVID-19 səbəbi ilə ölən 1073 nəfərin 56 faizinin ya peyvənd edilmədiyinə, ya da yalnız bir doza peyvənd edildiyinə diqqət çəkilib.

 

Qeyd edək ki, həmçinin, araşdırmada ölənlərin 94 faizinin 60 və daha yuxarı yaşda insanlar olduğu bildirilib.

 

 

Gununsesi.info