“Omikron” Azərbaycanın bir addımlığında

İranda koronavirusun “Omikron” variantı aşkar olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Haşimi məlumat verib.

HTML tutorial

“Bununla əlaqədar alınacaq yeni tədbirlər və sağlamlıq protokolları haqqında fikir mübadiləsi apardıq. Qəbul ediləcək yeni qərarları və həyata keçiriləcək protokolları tezliklə açıqlayacağıq. Bugünkü iclasda maska ​​taxmaq öhdəliyi, sağlamlıq protokollarının yerinə yetirilməsi və peyvəndlərin aparılması vurğulanıb” – Haşimi qeyd edib.

İran Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklər İdarəsinin rəhbəri Məhəmməd Mehdi Kuya dövlət televiziyasına verdiyi açıqlamada ilk “Omikron” yoluxmasının paytaxt Tehranda aşkarlandığını və qonşu ölkədən gələn sərnişində görüldüyünü bildirib.

Gununsesi.info