“Omikron” “delta”dan yüngüldür -ÜST

  • By admin
  • 09 Dekabr 2021 10:29

“Omikron” mutasiyasının “delta”dan daha yüngül xəstəliyə səbəb olduğuna dair bəzi sübutlar var, lakin buna əmin olmaq üçün hələ tezdir.

Gununsesi.info  xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında danışıb.

HTML tutorial

“ “Omikron” mutasiyası 57 ölkədə aşkar edilib və biz bu sayın artmağa davam edəcəyini gözləyirik. Onun bəzi xüsusiyyətləri bunu deməyə əsas verir. Epidemiyanın gedişatına böyük təsir göstərə bilər. Nəticədə nə olacağını bilmək hələ də çətindir. Digər mutasiyalarla müqayisədə artımın dəqiq sürətini ölçmək çətin olsa da, yoluxmanın sürətlə artdığını görməyə başlayırıq.

Cənubi Afrikadan gələn yeni məlumatlar təkrar yoluxma riskinin artdığını göstərsə də, daha etibarlı nəticələr çıxarmaq üçün daha çox məlumat lazımdır”, – baş direktor qeyd edib.

Qebreyesus “Fransa və İsveçrənin Cənubi Afrikaya səyahət qadağalarını ləğv etməsindən məmnunam və digər ölkələri də onların yolu ilə getməyə çağırıram. Fransaya və İsveçrəyə təşəkkür edirəm” deyib.

Qeyd edək ki, “omikron” mutasiyasının aşkarlanmasından sonra bir çox ölkə Cənubi Afrika ilə sərhədlərini bağlamış və bütün uçuşları dayandırmışdı.

Gununsesi.info