“Omikron” pandemiyanın başa çatmasından xəbər verir

  • By admin
  • 08 Yanvar 2022 17:01

Koronavirusun “omikron” variantının ortaya çıxması pandemiyanın ən kəskin dövrünün tezliklə başa çatacağından xəbər verir.

Gununsesi.info “Bloomberg”ə istinadən xəbər verir ki, belə bir qənaətə Cənubi Afrika Respublikasında aparılan tədqiqatlar zamanı gəliblər.

Belə ki, paytaxt Pretoriyada yerləşən və “omikron” ştamının ilk qeydə alındığı nüfuzlu “Steve Biko Academic Hospital”ın bir qrup əməkdaşı koronavirusun hazırkı dalğası zamanı yoluxmuş 466 xəstə ilə əvvəlki dövrdə xəstələnmiş 3976 nəfərin qeydlərini müqayisəli təhlil ediblər.

Qeyd olunub ki, hazırkı dalğa çox sürətlə yayılsa da, əvvəlki ştamlara nisbətən daha yüngül hallarla nəticələnir: “Yəni “omikron” koronavirus pandemiyasının yoluxucu mərhələsinin sona çatmasının göstəricisi ola bilər”.

Gununsesi.info