Ömrü uzadan içkinin faydaları

  • By admin
  • 06 Sentyabr 2017 22:00

1af5631e9c01

Gündə 3 fincan qəhvə ömrü uzada bilər . Qəhvədən mütəmadi istifadə bir sıra xəstəliklərdən ölüm təhlükəsini azaldır.

Gununsesi.info xəbər verir ki, britaniyalı alimlərin araşdırması belə deməyə əsas verir. Onlar iddia edirlər ki, qəhvədən istifadə ilə qan dövranı və həzm orqanları xəstəlikləri arasında birbaşa əlaqə var. Bu barədə metbuat.az nəşri məlumat yayıb.

Tədqiqat 10 Avropa ölkəsində, yaşı 35-dən yuxarı olan 500 min insan arasında aparılıb. Araşdırmalar 16 il davam edib. Alimlər qeyd edirlər ki, Avropa ölkələrində qəhvənin hazırlanması və istifadə olunma ənənəsi müxtəlif olsa da, nəticələr bütün regionlarda eyni olub.

Gununsesi.info