On yaşlı qız dəm qazından zəhərlənərək öldü

Dünən axşam saatlarında Qəbələ rayonunun Zarağan kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, kənddə yerləşən fərdi yaşayış evində 2012-ci il təvəllüdlü A.Rüstəmovanın dəm qazından zəhərlənərək ölməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, rayon polis şöbəsi, eləcə də prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

İlkin ehtimala görə, hadisə azyaşlı vanna otağında olarkən dəm qazından zəhərlənməsi səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info