“Ona görə də qalır yeganə çarə: dilənmək…” - POLİTOLOQ

  • By admin
  • 21 İyul 2017 09:38

elxan sahinoglu

“Cəbhədəki gərgin vəziyyət və Azərbaycan ordusunun işğalçını daima təzyiq altında saxlaması Ermənistanı hərbi büdcə xərclərini daha 60 milyon artırmağa vadar edib. Ancaq bu 60 milyonu tapmaq lazımdır”.

Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, Ermənistan büdcəsi onsuz da kasaddır və hər dollar hesabdadır. Ona görə də qalır yeganə çarə: dilənmək:

“Dilənəcək ölkə də bəllidir: Rusiya. Ermənistan hakimiyyəti silah almaq məqsədilə Rusiyadan onsuz da 200 milyon dollar həcmində kredit alıb.

İndi də növbəti kredit üçün Kremlin qapısını döyəcək. Rusiya böyük ehtimalla 60 milyonu da verəcək ki, Ermənistanın boynuna saldığı ipi bir az daha bərkitsin…”

Gununsesi.info