“Ona nə qədər lazımdı ödəyirik” – QURBANOV

  • By admin
  • 09 Sentyabr 2016 21:48

qu

 

Azərbaycan Premyer Liqasının IV turunda “Qarabağ” Masazırda yerləşən “Əlincə Arena”da paytaxtın AZAL klubunu qəbul edb. Qarşılaşma Ağdam klubunun 6-0 hesablı qələbəsi ilə başa çatıb.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında “Qarabağ” çalışdırıcısı Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

– Tərlan Əhmədova təşəkkür edirəm. Bu oyunu AZAL-ın meydanında oynamalı idik. Ancaq onlar razılıq verdilər, burda oynadıq. Çoxsaylı qol vəziyyətlərimiz oldu. Bizi qarşıda vacib oyun gözləyir. Bu oyuna ciddi hazırlaşmalıyıq. Vaxtımız azdı. Çünki bir müddətdi komanda bir yerdə deyildi. Bu gün qalib gəlməyimizə baxmayaraq, ilk hissədə bizə asan olmadı. Bu səhvləri aradan qaldırmalıyıq.AZAL-a gələn oyunlarda uğurlar arzulayıram.

– Bu gün oyunu “Slovan”ın məqşçisi də izləyirdi. Bu qələbənin rəqibə göz dağı kimi düşünmək olar?

– Onlar bizi tanıyırlar. Bu qələbənin onlara psixoloji təsir edəcəyini düşünmürəm. Sadəcə olaraq komandanı daha yaxından izləmək istəyirlər. Bu komanda 2 il Avropa Liqasının qrup mərhələsində oynayıb. Mən onların bir oyununu canlı izləmişəm. 1:0 hesabıyla qalib gəldikləri oyunu canlı izlədim. Çox dinamik, hərəkətli komandadı. Çətin olacaq.

– Hamı “Slovan”la ev oyunununun Olimpiya stadionunda olacağını düşünsə də, qarşılaşma “Dalğa Arena”da olacaq. Arenanın azarkeş tutumunun az olması sizə mənfir təsir etməyəcək?

– Mən istərdim ki, oyun böyük stadionda olsun. Ancaq hər bir halda normal meydançada oynamağa çalışmalıyıq. Bəlkə də, indi Olimpiya stadionunun ot örtüyü yaxşıdı. Ancaq biz heç də o stadionun ot örtüyü yaxşı olduğu halda başqa stadionu seçməmişik. Biz azarkeşləri də daim düşünürük. “Dalğa Arena”da sadəcə, bir oyun olacaq.

– Bu oyunu “Slovan”la qarşılaşma öncəsi məşq hesab etmək olar?

– Biz heç bir oyuna məşq kimi yanaşmırıq. Məşq bu oyundan sonra olacaq.

– Bu qələbəylə “Qarabağ”ın AZAL-a 2:6-lıq məğlubiyyətin əvəzini çıxdığını demək olar?

– Ümumiyyətlə, bu barədə düşünməmişəm. Heç bir komandaya qarşı qisas barədə düşünmürəm. Belə bir şey düşünsəm, heç nə əldə edə bilmərəm. Həyatda qisas almaq daha asandı, nəinki idmanda.

– Bədavi Hüseynovun vəziyyəti necədi?

– Yəqin ki, “Slovan”la oyunda çıxış edə bilməyəcək. Oynamamaq ehtimalı çoxdu.

– Aqolliyə millinin oyunlarıyla bağlı istirahət vermişdiz?

– Bəli. O, komandaya dünən qoşuldu. Yorğun idi. Buna görə ona istirahət verdik.

 UEFA AÇ-2016-da iştirak edən oyunçulara görə klublara müəyyən məbləğ ödəyəcək. “Qarabağ”ı Aqolli AÇ-2016-da təmsil etdi. Bu məbləğin neçə faizi ona çatacaq?

– Bu, çox az məbləğdi. Biz özümüz ona nə qədər lazımdı ödəyirik (gülür).

 

Gununsesi.info