Uşaqkən xərçəng xəstəlikləri ilə mübarizə aparan körpələr yeni il tədbirlərində bircə kiçik qəhrəmalara dönüşdülər. Ailələri ilə birlikdə xəstəxanada bir araya gələrək doyunca əyləndilər, bol-bol ovqat topladılar. 16 yaşında linfoma ilə üzləşən bu gün uğurdan-uğura qaçan, keçən il Model of Models yarışında Türkiyə birinciliyini qazanan 19 yaşındakı Ecem Onutman da bu anlamlı gündə körpələrlə bilrikdə idi.
Xərçənglə mübarizə dönəmində yaşadıqlarını və ardından yazdığı uğur hekayətini tam könüldən anladan Ecem ilə tanış olun. Ecemi həm öz açıqlamalarından, həm də anası Aylın Aratın söylədiklərindən tanıyacaqsınız.
Gununsesi.info xarici mətbuata istinadən həmin yazını sizə təqdim edir.
Keçən il Türkiyədə keçirilən Model of Models yarışında birinciliyi qazandı. Parisdə “Miss Supertalent of The World” yarışında üçüncü oldu. Hüquq fakültəsinin tələbəsidir. “Single” çıxartmağa hazırlaşır. Bu gün 19 yaşında həyatının baharında olan Ecem Onutman uçaqlıq çağında yayğın görülən linfoma xərçəngi ilə 16 yaşında tnış olubş Öküsürək və gecə tərləmələri ilə şikayəti ilə çəkilən ağciyər filmindəki döş qəfəsindəki kölgə görülməsindən şübhələnincə, Ecem xəstəxanaya götürülür. Edilən tədqiqlər zamanın üçüncü dönəm linfoma təşxisi qoyulur. Sonra onun müalicəsi üçün sağalma dönəminə start verilir.
Ecem xəstəxana otağında həmişə güldürdü
Ecemin bu çətin dönəmdə ən pis anlarının şahidi olan anası Aylin Arat və atası Kıvanc Onutman uşaqları üçün çox üzülsələr də, gülümsəməni heç əksik etmədilər. Ecemə ümid verib, mənfi bir duyğu ötürmədilər. Anası onu gecə-gündüz evdə və xəstəxana otağında güldürməyi bacardı.
Tərcümə: Arzu Sayadoğlu