Onkoloji xəstəliklər üçün ayrılan vəsait artırılmalıdır

“Onkoloji xəstəliklərlə bağlı müəyyən dərmanların apteklərdə rəsmi satışına icazə verilsə, yaxşı olar. Bununla bağlı qanunvericilikdə dəyişikliklər edilməsini təklif edirəm”.

Gununsesi.org xəbər verir ki, bu təkliflə Səhiyyə Komitəsinin üzvü Musa Quliyev çıxış edib.

HTML tutorial

Deputat qeyd edib ki, bu cür xəstələrin belə dərmanlara ehtiyacı var: “Eyni zamanda, onkoloji xəstəliklərin müalicəsi üçün büdcədən ayrılan vəsait artırılmalıdır. Çünki bu xəstəliyin preaparatları bahadır”.

Gununsesi.org