Onkoloji xəstəxanadan bir nəfər qaçdı

  • By admin
  • 15 Mart 2018 15:51

Şirvanda Onkoloji xəstəxanadan bir nəfər qaçıb.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, Ağsu rayon sakini, 56 yaşlı Cəmaləddin Məmmədov cari il martın 8-də müalicə aldığı Şirvan Şəhər Regionlararası Onkoloji Xəstəxanadan çıxaraq bir daha geri qayıtmayıb.

C.Məmmədovun əlamətləri belədir: Boyu 172 sm., arıq bədən quruluşlu, seyrək saçlı, gözlərinin rəngi qonurdur. Xəstəxanadan çıxarkən əynində qəhvəyi rəngli gödəkçə, qara rəngli don və qara ayaqqabı olub.

Bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 şəhər və (051) 425-28-01mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Gununsesi.info