Onlar arasında bərabərlik işarəsi qoymaq ədalətsizlikdir - FƏZAİL AĞAMALI FHN-ə QARŞI KAMPANİYADAN YAZDI

  • By admin
  • 18 Avqust 2022 22:14

Bu gün telekanallarda ölkəmizin Şimal bölgəsində baş verən meşə yanğınlarını söndürmək üçün FHN-nin əməkdaşlarının fədakarlığının növbəti görüntülərini izlədim.
Yüksək peşəkarlıq və qətiyyət özünü birmənalı olaraq göstərməkdə idi.

Yanğınsöndürənlərimizin qəhrəmanlığını ötən illərdə qardaş Türkiyədə meşələri məhv edən dəhşətli yanğınların qarşısının alınmasında da qürurla izləyirdik, yanğınsöndürənlərimiz haqqında deyilən xoş sözlərə görə fərəh hissi keçirirdik.

Ciddi ekoloji fəlakət yaradan yanğına qarşı mübarizə aparan bu igid qəhrəmanlarımızla birgə, yüksək rütbəli zabitlərlə manyak, öz yaramaz və əxlaqsız hərəkətlərilə gündəmi zəbt edənlə bərabərlik işarəsini qoymaq ədalətsizlikdir.

Fəzail Ağamalı
Millət vəkili,
Ana Vətən Partiyasının sədri