“Onlar bir özlərinə baxsınlar, öncə özlərini təmizləsinlər…” - ƏRDOĞANDAN BAXÇALIYA TƏPKİ

  • By admin
  • 25 May 2017 22:45

erdogan-baxcali

15 iyul hadisələrindən sonra, xüsusilə, 16 aprel referendumu ilə bağlı az qala müttəfiqlik münasibətlərində olan AKP ilə MHP arasında son günlər soyuq ruzgarlar əsməkdədir.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, buna, bu gərginliyə səbəb isə “FETÖ” və “FETÖ”-cülər məsələsidir.

Belə ki, MHP-nin son qrup toplantısında genəl başqan Dövlət Baxçalı “FETÖ” ilə mübarizədə hakimiyyətin tutarlı addımlar atmadığını bildirmiş və AKP iqtidarını bu məsələdə daha qətiyyətli olmağa səslımişdi.

O, xüsusilə, İstanbul Şəhər  Böyükbələdiyyə başqanı Kadir Topbaşın kürəkəni Ömər Faruk Kavurmaçının “FETÖ”-çü kimi həbs edilib, sonra da sərbəst buraxılmasına kəskin etiraz etmiş və” zalıma mərhəmət məzluma ən böyük xəyanətdir”, demişdi.

AKP genəl başqanı, cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan isə  konkret ad çəkməsə də, MHP genəl başqanına bu ittihamları səbəbilə sərt cavab verib.

“Kimsənin AKP-yə fatura kəsmək həddi deyil. Onlar bir özlərinə baxsınlar, öncə öz içlərindəki problemləri çözsünlər, özlərini təmizləsinlər…” -deyə, R. T. Ərdoğan sözlərinə əlavə edib.

Ərdoğanın fikirlərini də Baxcalı şəxsi “Tvitter” hesabı üzərindən cavablandırıb və “həddimizi bilirik”, deyib.

O, bir daha AKP-ni bu məsələdə qətiyyətli olmamaqda syuçlayıb və deyib ki, “Kavurmaçıya baxmayın, qovrulan məmləkətə baxın”.

Baxçalı həmçinin  bildirib ki, əgər MHP-çinin içində “FETÖ”-çülər və bu barədə AKP-də, hakimiyyətdə dəqiq məlumat, adlar varsa, onlara təqdim etsinlər.

“Təqdim etsinlər və görüsünlər ki, neyləyirik”-deyə, Baxçalı daha sonra qeyd edib.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info