
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu gün Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Gununsesi.info AzərTac-a istinadən xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə – 150 nəfər köçürülüb.
Bununla da indiyədək Füzuli şəhərinə 744 ailənin, yəni 2839 nəfərin daimi məskunlaşması təmin edilib.


